Dələduzlara üst-üstə 48 il həbs istənildi

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ceyran Rüstəmova, Reyhan Hüseynova, Yaşar Rəsulov və Kəmalə Rüstəmovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.Etikxeber.az-ın APA-ya istinadən məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirlındirilən şəxslərinin cinayətlərinin məhkəmə istintaqında da sübuta yetirildiyini deyib.

O, C. Rüstəmovanın 14 il, R. Hüseynovanın 13 il, Y. Rəsulovun 11 il, K. Rüstəmovanın isə 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.Təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə edən vəkillər çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses noyabrın 2-də davam etdiriləcək.

İttihama görə, təqsirləndirilən şəxslər faizlə pul vermək adı ilə Gülnarə Şükürova, Səkinə Sadıxova, Bahar Əliyeva və Elşad Babayevi aldadıblar. Verdikləri borc pulun təminatı kimi onların evlərini alğı-satqı yolu ilə öz adlarına keçiriblər. Təkcə Səkinə Sadıqovanın dəyəri təxminən 300 min manat olan obyekti mənimsənilib. Əvəzində isə ona 100 min manat ipoteka şəklində kredit söz verilib.

Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən adları yuxarıda qeyd edilən 4 nəfər şübhəli şəxs qismində saxlanılıb. Onların barəsində Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

Etikxeber.az

Read Previous

“Tehran Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir” – Vali

Read Next

Oktyabrın 20-nə olan USD/AZN rəsmi məzənnəsi açıqlandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir