Dələduzluqla məşğul olan “polislər” saxlanıldı – DİN-dən açıqlama

Daxili İşlər Nazirliyi  (DİN) Şəkidə qeydə alınan dələduzluq faktı ilə bağlı məlumat yayıb.

Etikxeber.az-ın nazirliyə istinadən verdiyi məlumata görə, oktyabrın 4-də Şəki rayonunun Aşağı Göynük kəndində rayon sakini Sərvan Rəsulova məxsus mağazaya gələrək özlərini polis əməkdaşı kimi təqdim edən 3 nəfər ona məxsus “VAZ-21099” markalı avtomobili aparıb.

Şəki Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri Hüseyn Hüseynov və Rəfael Qoçayev tutulub, digər şəxs isə müəyyən edilib.

Avtomobil sahibinə qaytarılıb.

Araşdırmalar zamanı cari il sentyabrın 14-də H. Hüseynovun soyğunçuluq yolu ilə Sərvandan 192 manat, habelə 2015-ci ilin iyul ayında H. Hüseynovun və S.Məhərrəmovanın Sərvanın qardaşı Sərxandan 50 manat və 20 litr benzin almaları da müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Etikxeber.az

Read Previous

Bu il 2 min 365 nəfər müəllim adını qazınıb

Read Next

Hacıqabul və Şirvan sakinlərinə qarşı dələduzluq edən şəxs tutuldu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir