“Dəliqanlı gəncliyə ölkənin açarını verəriksə…” – ƏMƏKDAR ARTİST YAZDI

Çalışıram susum, amma olmur.

8 nəfərin ölümü ilə nəticələnən qəza məni çox kədərləndirdi.

Baxın, bəzən görürük ki, müəyyən yerlərdə nəzarət yoxdur.

Hamımız susuruq.

Susduqca, xoşagəlməz hadisələr bütün sahələrdə baş alıb gedir.

Bir ailə üç yeniyetmə balasını itirirsə, bu, cəhənnəm odunda kül olmaqdı.

Qəza hamının başına gələ bilər, biz həyatdan sığortalı deyilik.

Amma bu gün hər yerdə gənclik önə keçsin deyilir.

Məndə istəyirəm gənclik irəli getsin.

nuriyya-2

Amma həyat təcrübəsi, ağıl, məntiq, mükəmməllik gənclikdə olmur.

Gənclik yaşayıb görə-görə gəlməlidir ki, nəyin nə olduğunu dərk etsin.

Bütün sahələrdə gənclərin önünə qapı açmaq lazımdır.

Təcrübəsiz, dəliqanlı gəncliyə ölkənin açarını verəriksə, bütün sahələrdə uğursuzluqla qarşılaşacağıq.

Mənim öz şəxsi fikrimdir.

Bunu hər gün, hər an bütün sahələrdə müşahidə edirəm və görürəm.

Allah betərindən saxlasın!

Nuriyyə HÜSEYNOVA,

Əməkdar artist

Etikxeber.az

Read Previous

“Müstəqil Azərbaycan Əliyevin yadigarı, şah əsəridir” – PREZİDENTİN KÖMƏKÇİSİ

Read Next

“Gənci dəvət etməliyəm ki, mənim yerimə keç?”- ARİF RƏHİMZADƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir