Dəm qazı daha 5 can aldı və FACİƏ İLƏ BAĞLI CİNAYƏT İŞİ BAŞLANDI

Prokurorluq Qusarda 5 nəfərin dəm qazından boğularaq ölməsi barədə məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Etikxeber.az-a verilən xəbərə görə, fevralın 17-də Qusar şəhəri, H.Əliyev küçəsində yerləşən çoxmənzilli yaşayış binasında mənzillərdən birində 1987-ci il təvəllüdlü Rusif Şıxov, arvadı 1993-cü il təvəllüdlü Əminə Şıxova və onların 3 azyaşlı uşaqlarının ölməsi ilə bağlı məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspetinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib.

Hadisə yeri və meyitlərin ilkin müayinəsi nəticəsində hadisənin dəm qazı səbəbindən baş verməsi ehtimal olunur.

Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda intensiv istintaq tədbirləri davam etdirilir.

Etikxeber.az

Read Previous

Hava buludlu, dumanlı və çiskinli olacaq-SABAH

Read Next

Daha 4449 yeni yoluxma-DAHA 30 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir