Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Aprel döyüşlərinin, o cümlədən İkinci Vətən Müharibəsinin iştirakçılarından olan və İkinci Qarabağ Savaşından bir müddət sonra iş başında ürəktutmasından dünyasını dəyişən Bərdəli-ailənin üç oğlan övladından biri, subay, hərbi polis, Gizir, “İgidliyə görə” medallı Elvin Ramiz oğlu Cəfərzadə ilə bağlı tədbir düzənlənib.
Tədbir aprelin 30-da, saat 12:30-da Bakı şəhərində yerləşən 2 saylı “ASAN xidmət” Mərkəzində “Dəmir Yumruq” Alfa-A Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Bərdə, Bakı və Lənkərandan olan Şəhid ailələri, Qazilər, hərbçilər, sənətçilər, media mənsubları iştirak ediblər.
Etikxeber.az xəbər verir ki, tədbirdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Sonra çıxışlar başlayıb.
“Dəmir Yumruq” Alfa-A Cəmiyyətinin sədri Ülviyyə Vasifqızı, Şəhid anaları və digər qonaqlar çıxış ediblər.
Çıxışlarda Elvin Cəfərzadənin keçdiyi 25 illik qısa, lakin şərəfli ömür yolundan danışılıb, ailəsinə-valideynlərinə Allahdan səbr və dözüm arzulanıb.
Eyni zamanda, Elvin Cəfərzadənin Şəhid haqqının tanınması dilənib.
Elvin Cəfərzadənin valideynləri-anası Şərqiyyə xanım və atası Ramiz kişi isə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, övladları ilə Fəxr etdiklərini və Qürur duyduqlarını dilə gətiriblər.
Çıxışlardan sonra şeirlər səsləndirilib, Şəhidlərə və Vətənə həsr olunmuş mahnılar ifa edilib.
İki saata yaxın davan edən tədbirdə həmçinin, xatirə fotoları çəkdirilib.
15:45
***
FOTOLAR:










Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az