Dənizdə batan dörd gəncdən sonuncusu-ŞƏHİD SALEH MƏCİDZADƏNİN ƏMİSİ OĞLU PƏRVİZ MƏCİDOVUN DA MEYİTİ TAPILDI… – FOTOLAR – YENİLƏNİB – (1)

İyunun 23-də dənizdə bataraq dünyasını dəyişən dörd gəncdən sonuncusu-Pərviz Zöhrab oğlu Məcidovun da meyiti tapılaraq aidiyyatı üzrə təhvil verilib.

Bu barədə Etikxeber.az-a mərhumun əmisi oğlu Qazi Vidadi Məcidov məlumat verib.

Onun sözlərinə görə, Pərviz Məcidovun meyiti bir az öncə Buzovna çimərliyi istiqamətində Fövqəladə Hallar Nazirliyinin (FHN) dalğıc-xilasediciləri tərəfindən tapılıb.

Mərhumun bu gün dəfn olunacağı gözlənilir.

15:54

***

2003-cü il təvəllüdlü Lerik rayon Orand kənd sakini Pərviz Məcidovun nəşi bu gün Biləsuvar rayonunun Nəsimi kəndində dəfn olunacaq.

Bu barədə də mərhumun qohumu-Qazi Vidadi Məcidov məlumat verib.

Qeyd edib ki, əmisi oğlu Lerikin Orand kəndindən olsa da, belə məsləhət görülüb ki, onun nəşi Biləsuvarda-Nəsimi kəndinin qəbiristanlığında torpağa tapşırılsın.

Qeyd edək ki, Pərviz ailənin dörd övladından, üç qardaşdan biri və subay olub.

Qardaşının biri hazırda Əsgərlikdədir və yaxın günlərdə hərbi xidmətini başa vuracağı gözlənilir.

Onu da qedyd edək ki, Pərviz Məcidov Biləsuvarlı İkinci Vətən Müharibəsi Şəhidi Saleh Nəriman oğlu Məcidzadənin doğma əmisi oğludur.

Allah rəhmət etsin və doğmalarına səbr versin!

FOTOLAR:

05:30

***

Son anda əldə etdiyimiz məlumata görə, Pərviz Məcidovun nəşi (meyiti) Biləsuvarda deyil, öz doğma kəndlərində-Lerikin Orand kənd qəbiristanlığında dəfn olunacaq.

Məhrumun bu gün günorta saatlarında dəfn olunması nəzərdə tutulur.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bakıda sıxlıq olan yollar-SİYAHI

Read Next

Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verildi-SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir