Dənizdə batan qadın dronun köməyilə xilas edildi…

İspaniya sahilində dənizdə batan qadın dronun köməyilə xilas edilib.

Etikxeber.az “RİA Novosti”-yə istinadla xəbər verir ki, hadisə Aralıq dənizinin sahilində – İspaniyanın Saqunto şəhəri yaxınlığında baş verib.

Xilasedicilər sahilə qayıtmağı bacarmayan qadına kömək etmək üçün pilotsuz uçuş aparatından istifadə ediblər.

Dronun operatoru uçuş aparatını qadın olan istiqamətə yönəldərək ona xilasedici jilet göndərib.

Bunun sayəsində qadın hidrosikl gəlincə suda qala bilib.

Xilasedicilər qadını çimərliyə buksirə qoşulmuş “xərək”də çatdırıblar.

Etikxeber.az

 

Read Previous

Naxçıvanlı deputat: AĞ YALANDIR!

Read Next

Sərhəd Mühafizəsinin yaradılmasının 99-cu ildönümüdür

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir