Dənizdəki kişi meyitinin itkin düşən neftçiyə aid olduğu müəyyənləşdirildi – QƏRARGAH

Aprelin 9–da dənizdə aşkar edilən kişi meyitinin, “Azneft” İB-nin N.Nərimanov adına neft və qazçıxarma idarəsinin 1 saylı neft qazçıxarma sahəsində “əmtəə operatoru” vəzifəsində çalışmış 1967–ci il təvəllüdlü Bəhramov Cavid Həyatxan oğluna məxsus olduğu müəyyən edilib.

Etikxeber.az-a xəbəri “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan qərargahdan veriblər.

Həmçinin bildirilib ki, qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış əməliyyatları davam etdirilir.

Etikxeber.az

Read Previous

Məmmədyarov polşalı həmkarından nə xahiş etdi? – FOTO

Read Next

Ali məktəblərə qəbul imtahanlarının keçiriləcəyi vaxt məlum olub- 30 APREL və 7 MAY

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir