Dərslik, kitab və tədris materiallarında reklam qadağan edilir

Dərslik, kitab və  tədris materiallarında  reklam qadağan olunacaq.
Bu məsələ “Təhsil haqqında” qanuna nəzərdə tutulan dəyişiklikdə  əksini tapıb.
 
Etikxeber.az xəbər verir ki, bu gün  Milli Məclisin (MM)  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə  Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclasında  “Təhsil haqqında” qanuna dəyişiklik məsləsi müzakirə olunub.
Təhsil haqqında”  qanunun 11.4-cü maddəsi “dərsliklərdə, dərs vəsaitlərində, tədris materiallarında, məktəb gündəliyində, dəftərdə, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitablarda reklam yerləşdirilə bilməz” formasında yeni redaksiyada verilir.
 
Qanunun 11.5-ci maddəsinə əsasən  yetkinlik yaşına çatmayanlara mənəvi və fiziki baxımdan zərərli təsir göstərə bilən reklam məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazilərindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məsafədən yaxın yerləşdirilə bilməz.
 
İdman mərc oyunlarının, lotereyaların açıq məkanda reklamı uşaq və təhsil müəssisələrindən azı 100 metr kənarda olan reklam daşıyıcılarında yerləşdirilməsi nəzərdə tutulur .
Etikxeber.az

Read Previous

Ödəmə qabliyyətini itirən banklar 3 il müddətinə vergidən azad olunacaq

Read Next

Lotereya oyunlarının reklamı ilə bağlı qadağalar sərtləşdirilir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir