Dəyilikliklər Antidopinq Agentliyinin fəaliyyətini genişləndirəcək – ÜLVİ QULİYEV

Azərbaycan Milli Antidopinq Agentliyinin səlahiyyətləri artırılır.

Etikxeber.az-ın məlumatına  görə, belə ki, bununla bağlı “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanuna dəyişiklik edilir.

Qanunun 7-ci (Milli antidopinq qurumunun vəzifələri) maddəsinə yeni bənd əlavə edilir.

Əlavə edilən 7.0.12-1 bəndinə əsasən, Azərbaycan Milli Antidopinq Agentliyinə idmanda dopinqdən istifadənin qarşısının alınması, habelə qadağan olunan dopinq vasitələrinin qanunsuz dövriyyəsində iştirak edən şəxslər barədə məlumat almaq məqsədilə müvafiq icra hakimiyyəti orqanları ilə əməkdaşlıq etmək, o cümlədən məlumat mübadiləsini həyata keçirmək səlahiyyəti verilir.

Qeyd edək ki, adıçəkilən məsələ Milli Məclisin (MM) Gənclər və idman komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin mayın 25-də keçirilən birgə iclasında da müzakirə olunub.

MM-in Gənclər və idman komitəsinin sədr müavini Ülvi Quliyev bildirib ki, təklif olunan dəyilikliklər Milli Antidopinq Agentliyinin fəaliyyətini daha da genişləndirəcək və yaxşılaşdıracaq.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Birinci vitse-prezidentə və vitse-prezidentlərə dövlət qulluqçusu statusu şamil edilməyəcək

Read Next

Prokurorluqla bağlı medal təsis olunur

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir