Dəhşətli intihar- GƏNC YAZAR ÖZÜNÜ 17-Cİ MƏRTƏBƏDƏN ATDI

Bakıda intihar hadisəsi baş verib.

Etikxeber.az xəbər verir ki, Binəqədi rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə martın 16-da gecə saat 02:00 radələrində rayonun 7-ci mikrorayonu, Axundov küçəsində baş verib. 1989-cu il təvəllüdlü Abdullayev Mövlud İsmayıl oğlu həmin küçədə yerləşən 17 mərtəbəli binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib. M.Abdullayev hadisə yerində dünyasını dəyişib.

İntiharın səbəbləri məlum deyil. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə isə intihar edən şəxs gənc yazar Mövlud Mövluddur.

O, jurnalist Sevinc Fədai ilə evli idi, onlar ailədaxili problemlərə görə boşanma ərəfəsində olublar.

Cütlük uzun müddət imiş ki, birlikdə yaşamırmış.

Etikxeber.az

Read Previous

Düşmən atəşkəs rejimini ümumilikdə 100 dəfə pozub

Read Next

Azərbaycanın yerləşdiyi bölgə onun rolunu müəyyən edir – PREZİDENT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir