Dələduzluqda ittiham olunan şəxsə bəraət hökmündən-PROTEST VERİLDİ

Bəzi sosial media səhifələrində etibardan sui- istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməkdə təqsirləndirilən Əliyev Şahmar Eldar oğluna Yasamal rayon məhkəməsinin hökmü ilə bəraət verilməsi ilə bağlı informasiyalar yayılıb.

Bu barədə Etikxeber.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bununla əlaqədar bildirilib ki, Şahmar Əliyevin tanışı Təranə Fərəcovadan məcburi köçkünlər üçün nəzərdə tutulan evlərdən mənzil alınmasına köməklik göstərməsi adı ilə 20 min manat məbləğində pul vəsaitini alıb dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən olunduğundan toplanmış sübutlarla ona Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilməklə cinayət işi baxılması üçün Yasamal rayon məhkəməsinə göndərilib.

Həmin məhkəmənin 17.06.2022-ci il tarixli hökmü ilə Şahmar Əliyevə bəraət verilib.

07.07.2022-ci il tarixdə dövlət ittihamçısı tərəfindən qeyd edilən hökmdən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, eləcə də cinayət qanunu normasının düzgün tətbiq edilməməsi əsasları ilə apellyasiya protesti verilib.

Etikxeber.az

Read Previous

Daha 121 yeni yoluxma-DAHA 1 ÖLÜM…

Read Next

“Kərimə” də, “Kərim” də, “Taliban” da…olar…Olmasın!!!-KAMİL HƏMZƏOĞLU YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir