“Dəmir yumruq” bu dəfə onların çox da böyük tarixi olmayan dövlətçiliyini məhv edəcək…”-MİLLƏT VƏKİLİ YAZIR

Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Rusiya Prezidentinin birgə imzaladıqları 10 noyabr bəyanatından 4 ay ötür.

4 ay təbii ki, tarixi zəmində kiçik bir perioddur, lakin bu aylar ərzində görülən işlər bu qısa zamanda çox ciddi addımlar atıldığını göstərir.

Hər şeydən əvvəl qeyd etməliyik ki, 10 noyabr bəyanatı heç şübhəsiz işğalçı Ermənistan dövlətinin məğlubiyyətinin rəsmiləşdiyi kapitulyasiya sənədir.

Bu Bəyanatla Azərbaycan mümkün reallıqda əldə edə biləcəyinin ən yaxşısını əldə edib. Məhz sənədə əsasən, işğalçı Ermənistan 30 ilə yaxın əsarətdə saxladığı Ağdam, Kəlbəcər, Laçın rayonlarını və həmin ərəfədə digər rayonların hələ də işğalda saxlanılan ərazilərini bir güllə atmadan azad etməyə məcbur edildi. Əlbəttə, Azərbaycan ordusu onsuz da Prezident İlham Əliyevin müzəffər Ali Baş komandanlığı altında elə, yaxud, başqa cür o rayonları azad edəcəkdi.

Lakin həmin ərazilərin relyefi, o cümlədən 30 il ərzində düşmən və havadarları tərəfindən qurulmuş hərbi istehkamlar yüzlərlə şəhid demək idi. Bu mənada, hər şeydən öncə Prezident İlham Əliyev Ermənistanın kapitulyasiyasını rəsmiləşdirən bu Bəyanatı imzalamaqla yüzlərlə ailəni gözü yaşlı qalmaqdan, övlad, ata, ər, qardaş itkisindən qurtardı.Həmçinin, bəyanatda kommunikasiya xətlərinin açılması, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı müddəaların yer alması Azərbaycan üçün sözün əsl mənasında ciddi bir nəticə idi.

Regional tranzit dəhlizi olan Azərbaycan üçün alternativ kommunikasiya imkanları yaranması bizim gücümüzə güc qatdı, həmçinin, dünyaya çıxış imkanlarımızı genişləndirdi. Eyni zamanda Naxçıvanla, həmçinin Naxçıvan vasitəsi ilə Türkiyə ilə birbaşa quru əlaqəsinin təmin olunması həm siyasi, həm iqtisadi mənada bizim üçün yeni səhifə deməkdir

.Bəyanatın nəticəsi olaraq münaqişəyə son qoyuldu. Artıq müharibə getmir. Ermənilər özləri də artıq məğlubiyyətlə barışaraq reallığı qəbul etməkdədir. Artıq Ermənistanla Azərbaycan arasında sərhədlərin faktiki müəyyənləşməsi prosesi gedir, düzdür bu proses Ermənistanda ağrılı keçir, lakin, Azərbaycan artıq bu istiqamətdə istəyinə nail olmaqdadır.

Bütün bunlar bölgə üçün sülh və stabillik üçün zəmin deməkdir.Təbii ki, Bəyanatla bağlı bəzən çaşdırıcı fikirlər səslənir, amma, bir daha deyirəm, Azərbaycan mövcud reallıqda ən yaxşı nəticəni əldə etdi.

10 noyabr bəyanatı Ermənistanda bütün mürtəce təbəqəni ruhən, mənən çökdürüb. Bu mənada, erməniləri bu qədər narahat edən bir sənədin bizim bəzi dairələrdə narahatlıqla qarşılanması açığı sual doğurur.İstənilən halda cəmiyyət bilməlidir ki, artıq müharibə bitib.

Əgər Ermənistan revanş sevdasına düşərsə, yaxud Bəyanatı pozmaq itəsə, hansı ki buna cəhd edəcəyi inandırıcı deyil, “Dəmir yumruq” bu dəfə onların çox da böyük tarixi olmayan dövlətçiliyini məhv edəcək.

Bəhruz MƏHƏRRƏMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

Qazi Aqil, Şəhid Vüsal və Şəhidlərimiz, Nur üzlülərimiz…-KAMİL HƏMZƏOĞLU YAZDI

Read Next

Yol polisindən sürücülərə-MÜRACİƏT…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir