Dərsliklər uşaqların psixi durumuna, intellektual səviyyəsinə uyğun şəkildə hazırlanmalıdır – BƏXTİYAR ƏLİYEV

Bəxtiyar Əliyev: Təhsilin dövlət standartları ilə bağlı ayrıca qanuna ehtiyac var

Dərsliklər bütün hallarda uşaqların psixi duruma, intellektual səviyyəsinə uyğun şəkildə hazırlanmalıdır.

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin (MM) Elm və təhsil komitəsinin iclasında komitə sədrinin müavini, professor Bəxtiyar Əliyev bildirib.

B. Əliyev öncə bildirib ki, ölkədə ali təhsilin yeni dövlət standartlarının tətbiqi nəzərdə tutulur:

“Odur ki, gələcəkdə təhsilin dövlət standartları ilə bağlı, ümumiyyətlə, ayrıca qanuna ehtiyac var. Təbii ki, bu, başqa müzakirənin predmetidir, amma belə hesab edirəm ki, həm yeni standartlar, həm də yeni və ayrıca qanun lazımdır”.

Dərsliklərin tərtib edilməsinə toxunan B. Əliyev bildirib ki, qanun layihəsində bununla bağlı yeni müddəa nəzərdə tutulmalıdır:

“Çünki dərsliklərlə bağlı həm cəmiyyətdə, həm mediada tez-tez müzakirələr gedir. Bəzən də insanlar yanlış səmtə yönəldilir. Həm valideynlər, həm uşaqlar, həm də müəllimlər çaş-baş vəziyyətdə qalır. Dərsliklər bütün hallarda uşaqların psixi durumuna, intellektual səviyyəsinə uyğun şəkildə hazırlanmalıdır”.

Millət vəkili Şəmsəddin Hacıyev də həmkarı bildirib ki, qanun layihəsində dərsliklərlə bağlı ayrıca müddəa olmalıdır:

“Bu, çox vacibdir”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Orta məktəbi rus, ingilis dilində oxumaq istəyənlərlə bağlı – YENİLİK

Read Next

“Bu, yenidən monopoliyanın yaranmasına gətirib çıxaracaq…” – SONA ƏLİYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir