Dəyişikliklər vergi aurasını yaxşılaşdıracaq – ZİYAD SƏMƏDZADƏ

Milli Məclisin (MM) bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişikliklər layihəsi  növbəti dəfə müzakirəyə çıxarılıb.

Etikxeber.az-ın xəbərinə görə, MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə öncə dəyişikliklərlə bağlı müzakirələrdə yaxından iştirak etdiyi üçün nazir Mikayıl Cabbarov başda olmaqla, nazirliyin rəhbərliyinə minnətdarlığını bildirib.

O, qeyd edib ki, Məcəlləyə dəyişikliklər  əmək münasibətlərində şəffaflığı daha da artıracaq, vergi aurasını yaxşılaşdıracaq:

“Bu dəyişikliklər vergi yükünü deyil, əslində vergi şəffaflığını artıracaq.

Ölkədə iqtisadi inkaşafın, biznes mühitinin daha da yaxşılaşdırılmasına, gücləndirilməsinə təkan verəcək.

Hansı məsələlər ki, qalıb, onlar da gələcək dövrlərdə həyata keçiriləcək”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

 

Read Previous

Millət yalnız universitetləri ilə güclü olur! – MİLLƏT VƏKİLİ

Read Next

Büdcə müzakirələri sona çatdı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir