“Dağıdılmış Qarabağ vardı…”-MİLLƏT VƏKİLİNDƏN ABŞ SƏFİRİNƏ KƏSKİN ETİRAZ

ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi ölkəsinin regionda önəmini artırmaq, onu yenidən burada aparıcı oyunçuya çevirmək məqsədilə ləğv edilən “Dağlıq Qarabağ”ın olmayacaq “status”undan dəm vurursa yanılır.

Amerikalılar bu cür açıqlamalarla heç nə əldə edə bilməyəcəkləri bir yana, Azərbaycanda özlərinə bəslənən olan-qalan sayğını da itirəcəklər.

Ola bilər ancaq bizdəki “5-ci kolon” təmsilçiləri bu baxımdan istisna təşkil etsinlər.

Onlar bağlı olduqları çevrələrin tapşırığıyla belə açıqlamalarda bulunan Treysinin və digər ABŞ rəsmilərinin haycasına davranışlarını yenə də görməzdən gəlsinlər.

Belələri də yaxşı olar ki, həmən ABŞ-ın hərbçiləri Əfqanıstandan çıxarkən təyyarənin şassisindən yapışan əfqanları, bir də salonda yiyələriylə yan-yana əyləşən itləri göz önünə gətirsinlər.

Amerikalılar birincilərə-onlarla əməkdaşlıq etmiş əfqanlara yox, ikincilərə, yəni itlərə üstünlük verdilər. Məhz itləri özləriylə götürüb aradan çıxdılar.

Yəqin ona görə ki, itdə sədaqət olur, muzdluda isə olsa-olsa itaət.Və sonda bir daha vurğulamaq istəyirəm ki, treysilər nə deyirlər desinlər, Ali Baş Komandanımızın da bildirdiyi kimi “Dağlıq Qarabağ” yoxdur, olmayacaq.

Dağıdılmış Qarabağ vardı, azad ediləndən sonra, o da sürətlə abadlaşdırılır.

Sahib ALIYEV,

Millət vəkili

Etikxeber.az

Read Previous

2676 yeni yoluxma-DAHA 38 ÖLÜM…

Read Next

“4 medallı Cəmilimiz bizim tək oğlumuz idi…İstərdik ki, övladımız, Şəhidimiz ölkəmizin ən yüksək ordenlərindən biri ilə təltif olunsun, üzünü görmədiyi diplomu bizə təhvil verilsin”-ŞƏHİD CƏMİL MƏMMƏDLİNİN ANASI AYGÜN MƏMMƏDOVADAN ÖLKƏ PREZİDENTİ İLHAM ƏLİYEVƏ MÜRACİƏT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir