Daha 10 min işsizə birdəfəlik vəsait -ÖDƏNİLDİ…

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 10 min işsiz şəxs üçün birdəfəlik ödəmə bank filiallarına və poçt şöbələrinə köçürülüb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin rəhbəri Fazil Talıbov Etikxeber.az-a bildirib ki, müraciət zamanı onların qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndəriləcək.

Mesajı aldıqdan sonra onlar evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, SMS-də “Azərpoçt” MMC qeyd edilibsə – istənilən poçt şöbəsinə, SMS-də bank göstərilibsə – həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini ala bilərlər.

Dünəndən işsiz şəxslərin birdəfəlik ödəmə ilə təminatına başlanıb və dünən də 10 min şəxsə ödəniş edilib.

İşsiz kimi qeydiyyata alınan şəxslərə ödəmələrin verilməsi gündəlik olaraq davam edəcək və digər işsiz şəxslər də bu dəstəklə təmin olunacaqlar.

Etikxeber.az

Read Previous

“Mehriban xanım ixtisasca həkimdir, koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərində onun tibbi bilik və təcrübəsi də mühüm rol oynayır”-MM-İN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

Read Next

“Məni işlədin…”-ERKİN QƏDİRLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir