Daha 1017 yeni yoluxma-DAHA 16 ÖLÜM…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1017 yeni yoluxma faktı qeydə alınıb, 1119 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 491 147 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 471 980 nəfər müalicə olunaraq sağalıb, 6654 nəfər vəfat edib, aktiv xəstə sayı 12 513 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 679, ötən müddət ərzində isə ümumilikdə 4 944 352 test aparılıb.

Etikxeber.az

Read Previous

Duman olacaq, külək əsəcək-YAĞIŞ YAĞACAQ…

Read Next

“Azərbaycan Ordusunun atəşi nəticəsində erməni mülki şəxsin ölməsi, hərbçinin isə yaralanması xəbəri yalandır”-MN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir