Daha 117 yoluxma-DAHA 1 ÖLÜM…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 117 yeni yoluxma faktı qeydə alınıb, 135 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış bir nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 38 894 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 36 424 nəfər müalicə olunaraq sağalıb, 572 nəfər vəfat edib, aktiv xəstə sayı 1 898 nəfərdir.

Etikxeber.az

Read Previous

Gəncəni təmsil edən 3 millət vəkili-YENİ TƏLƏBƏLƏRLƏ BİR ARADA – FOTOLAR

Read Next

Deputat daha 54 seçicisini-DİNLƏDİ VƏ… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir