Daha 1245 yeni yoluxma-DAHA 13 ÖLÜM…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 245 yeni yoluxma faktı qeydə alınıb, 409 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 503 452 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 478 812 nəfər müalicə olunaraq sağalıb, 6 778 nəfər vəfat edib, aktiv xəstə sayı 17862 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 153, ötən müddət ərzində isə ümumilikdə 5 032 555 test aparılıb.

Etikxeber.az

Read Previous

Baş Prokurorluq Fuad Qəhrəmanlının qızının təcavüzə məruz qalması ilə bağlı cinayət işini-NƏZARƏTƏ GÖTÜRDÜ

Read Next

Ailənin tək oğlu, iki bacının tək qardaşı…Ali təhsilli…Subay…2 medallı… 21 oktyabrda Anım Günü olacaq-ŞƏHİD ALI NOFƏL OĞLU HƏSƏNLİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir