“Daha 16 kənd… Müzəffər Ali Baş Komandan yenə milyonların sevincinə sevinc qatdı….Xüsusilə də, xocalıları sevindirdi, Xocalının qisasının alındığını və bundan sonra da alınacağını bəyan etmiş, duyurmuş oldu…”-ELDƏNİZ SƏLİMOV

Cəmi saatlar, dəqiqələr öncə müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyev öz “Twitter” hesabında növbəti paylaşım etdi, növbəti müjdəli xəbəri, Qələbə, Zəfər xəbərini verdi. Daha 16 kəndimizin, xüsusilə də, hər birimizin həssas, yaralı yeri olan acılı-kədərli, erməni barbarizminə, vandalizminə məruz qalmış Xocalımızın ilk iki kəndinin işğaldan azad olunması xəbərini bütün dünyaya duyurdu. Növbəti dəfə xalqını, on illərdir Qələbə, Qarabağ arzusu ilə alışıb-yanan Azərbaycan insanını, ölkə vətəndaşlarını sevindirdi, milyonların sevincinə sevinc qatdı.

Xüsusilə də, xocalıları sevindirdi, Xocalının qisasının alındığını və bundan sonra da alınacağını, günahsız yerə tökülən qanların yerdə qalmadığını və bundan sonra da qalmayacağını bəyan etmiş oldu. Gözün aydın olsun, Vətən, gözün aydın olsun, yaralı Xocalı, gözün aydın olsun, Azərbaycan xalqı, gözünüz aydın olsun, əziz xocalılar! Zəfərin, Qələbən mübarək, can Azərbaycan!

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

“Var olun, cənab Prezident, Qalib Ali Baş Komandan! Min yaşayın! Var ol, igid, şanlı, rəşadətli Azərbaycan əsgəri! Vuran qolun daim qüvvətli olsun, döyünən qəlbin daim ürəklə döyünsün! Bu anları, bu möhtəşəm tarixi hadisələri, ilə, əsrə bərabər günləri bizlərə yaşatdığınız üçün qarşınızda baş əyirik!”-deyən millət vəkili bildirib ki, biz Haqq savaşındayıq, Haqq savaşı aparırıq, müqəddəs Haqq yolunun yolçularıyıq.

“Bizim mübarizəmiz Haqq mübarizəsidir. Bizim kimsənin torpağında gözümüz olmayıb və yoxdur. Biz yağı, mənfur, murdar, quduz düşməndən fərqli olaraq, mübarizəmizi də, savaşımızı da kişi kimi aparırıq. Cavabımızı döyüş bölgəsində veririk, qisasımızı cəbhədə, səngərdə alırıq, mülki, dinc insanlar hədəfimiz deyil, olmayıb və olmayacaq. Bizim şərəfsiz, alçaq düşməndən və onlar kirli havadaralarından da ən böyük, müqayisəyəgəlməyəcək üstünlüyümüz elə budur, bundadır.

Biz Qalib gəlirik, biz Qalib gələcəyik, bir Zəfər çalırıq, biz Zəfər çalacağıq, biz Tarix yazırıq, biz Tarix yazacağıq, biz Dərs veririk, biz hələ çox və çoxlarına Dərs verəcəyik! Qələbə bizimdir, bizim olacaq, Qarabağ bizimdir, bizim olacaq! Bizə yalnız və yalnız Qələbə yaraşır, yaraşanı da Haqq edirik və edəcəyik! Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır!”-deyə, millət vəkili əlavə edib.

Etikxeber.az

Read Previous

Düşmən yenidən Tərtər, Ağdam və Ağcabədi rayonlarının kəndlərini artilleriya-ATƏŞİNƏ TUTUR…

Read Next

“Cəbhənin Ağdam istiqamətində düşmən itki verib…”-MN-DƏN TƏKZİB – DAHA BİR BƏRDƏ SAKİNİ HƏLAK OLDU – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir