Daha 16 yeni-YOLUXMA…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 93 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 826 462 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 816 054 nəfər müalicə olunaraq sağalıb, 10 008 nəfər vəfat edib, aktiv xəstə sayı 400 nəfərdir.

Ölkədə son sutka ərzində 973, hazırkı dövrədək isə 7 433 695 test aparılıb.

Etikxeber.az

Read Previous

Hava buludlu və küləkli olacaq-SABAH

Read Next

Şəhid olmasaydı, toyu olacaqdı…AİLƏNİN ÜÇ ÖVLADINDAN, ƏKİZ QARDAŞLARDAN BİRİ-ŞƏHİD ƏLİ AYDIN OĞLU TAĞIYEV… – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir