Daha 1676 yeni yoluxma-DAHA 35 ÖLÜM…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 676 yeni yoluxma faktı qeydə alınıb, 2 168 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 35 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 311 465 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 276 934 nəfər müalicə olunaraq sağalıb, 4342 nəfər vəfat edib, aktiv xəstə sayı 30189 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 070, ötən müddət ərzində isə ümumilikdə 3 178 044 test aparılıb.

Etikxeber.az

Read Previous

Xanım İbrahimova-GERİ ÇAĞIRILDI…

Read Next

Kəlbəcərdə ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş mülki şəxslərin cəsədlərinin basdırıldığı yerlər-MÜƏYYƏN OLUNDU…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir