Daha 176 yeni yoluxma-DAHA 8 ÖLÜM…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 176 yeni yoluxma faktı qeydə alınıb, 475 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 334 132 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 325 040 nəfər müalicə olunaraq sağalıb, 4 921 nəfər vəfat edib, aktiv xəstə sayı 4 171 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 649, ötən müddət ərzində isə ümumilikdə 3 523 638 test aparılıb.

Etikxeber.az

Read Previous

DİM-dən “Abituriyentin elektron ərizəsi”ni ləğv etmək istəyənlərə-MÜRACİƏT…

Read Next

“Ziya, anan qurban, atan səndən təbrik zəngi gözləyir, ən azı yuxuda da olsa, təbrik etməyi unutma…”-ŞƏHİD ZİYADXAN ƏLİYEVİN ANASI YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir