Daha 1880 yeni yoluxma-DAHA 27 ÖLÜM…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 880 yeni yoluxma faktı qeydə alınıb, 1 835 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 580 507 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 545 035 nəfər müalicə olunaraq sağalıb, 7 736 nəfər vəfat edib, aktiv xəstə sayı 27736 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 352, ötən müddət ərzində isə ümumilikdə 5 485 509 test aparılıb.

Etikxeber.az

Read Previous

İkinci Vətən Müharibəsi Şəhidi Tərxan Qurbanovun-MƏZARININ ZİYARƏTİNDƏN VƏ ANIM MƏRASİMİNDƏN – FOTOSESSİYA – YENİLƏNİB – (4)

Read Next

“Onlar buradan getməli idilər və getdilər…”-BƏHRUZ MƏHƏRRƏMOV YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir