Daha 2178 yeni yoluxma-DAHA 31 ÖLÜM…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 178 yeni yoluxma faktı qeydə alınıb, 2 010 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 534 748 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 497 363 nəfər müalicə olunaraq sağalıb, 7 132 nəfər vəfat edib, aktiv xəstə sayı 30 253 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 889, ötən müddət ərzində isə ümumilikdə 5 214 586 test aparılıb.

Etikxeber.az

Read Previous

Eyni gündə, eyni saatda, eyni məkanda Şəhid olan qardaşların-İMAN VƏ BƏHRAM MƏMMƏDZADƏLƏRİN İZDİHAMLI ANIM GÜNÜ…- FOTOLAR – YENİLƏNİB – (7)

Read Next

Zəfər Günü ilə bağlı Amnistiya Aktı-15 MİN MƏHBUSU ƏHATƏ EDƏCƏK – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir