Daha 22 yeni yoluxma-DAHA 4 ÖLÜM…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 22 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 831 482 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 821 024 nəfər müalicə olunaraq sağalıb, 10 254 nəfər vəfat edib, aktiv xəstə sayı 204 nəfərdir.

Ölkədə son sutka ərzində 1006, hazırkı dövrədək isə 7 594 650 test aparılıb.

Etikxeber.az

Read Previous

“Həmişə deyirəm, çalışmaq lazımdır ki, burada daha çox yerli insanlar işə cəlb edilsinlər…”-İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB – (21)

Read Next

Azərbaycanla Ermənistan sülh sazişi layihəsinin bəzi maddələri üzrə qarşılıqlı-RAZILIQ ƏLDƏ EDİLDİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir