Daha 2248 yeni yoluxma-DAHA 26 ÖLÜM…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2248 yeni yoluxma faktı qeydə alınıb, 860 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 263 961 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 238 985 nəfər müalicə olunaraq sağalıb, 3593 nəfər vəfat edib, aktiv xəstə sayı 21383 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14375, ötən müddət ərzində isə ümumilikdə 2 888 033 test aparılıb.

Etikxeber.az

Read Previous

Sabirabadın daha bir kəndi-ÖDƏMƏ TERMİNALI İLƏ TƏMİN OLUNDU – FOTO

Read Next

“8 nəfər bir evdə, iki otaqda necə yaşaya bilər, heç təsəvvürünüzə gətirirsinizmi?! Heç olmasa, 3-4 sot torpaq sahəsi verilsin, gedim özümə bir ocaq, bir daxma qaraldım…Çoxmu şey istəyirəm?!”-İKİNCİ QARABAĞ SAVAŞININ İŞTİRAKÇISI, QAZİ OĞLU ANAR HƏSƏNOV… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir