Daha 2557 yeni yoluxma-DAHA 39 ÖLÜM…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2557 yeni yoluxma faktı qeydə alınıb, 3592 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 39 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 450 282 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 393 569 nəfər müalicə olunaraq sağalıb, 5959 nəfər vəfat edib, aktiv xəstə sayı 50 754 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 220, ötən müddət ərzində isə ümumilikdə 4 593 820 test aparılıb.

Etikxeber.az

Read Previous

4 medallı Şəhid Aqil Mirzəliyevin ailəsi-BAKIDA MƏNZİLLƏ TƏMİN OLUNDU…

Read Next

“Deyirdi ki, ana, mən Şəhid olacağam, tabutda qayıdağacam…Dediyi kimi də oldu, balam Şəhid oldu, tabutda qayıtdı…”-EVİN-AİLƏNİN TƏK OĞLU, BU GÜN CƏNNƏTDƏKİ İLK AD GÜNÜ, 20 YAŞI TAMAM OLAN ŞƏHİD EYNULLA LƏTİFOVUN ANASI GÜLBACI XANIM – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir