Daha 256 yeni yoluxma-DAHA 3 ÖLÜM…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 256 yeni yoluxma faktı qeydə alınıb, 395 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 818 890 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 807 096 nəfər müalicə olunaraq sağalıb, 9 876 nəfər vəfat edib, aktiv xəstə sayı 1 918 nəfərdir.

Ölkədə son sutka ərzində 3 388, hazırkı dövrədək isə 7 206 805 test aparılıb.

Etikxeber.az

Read Previous

Azərbaycan-Ermənistan sərhəddindəki vəziyyətə yenidən baxılacaq-BMT TŞ-DƏ

Read Next

Qızılhacılının daha bir Şəhidi-20 YAŞLI SƏFİYAR MƏMMƏDOV ƏBƏDİYYƏTƏ UĞURLANDI… – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir