Daha 27 qazi müalicə üçün Türkiyəyə-GÖNDƏRİLDİ…-FOTOLAR

Vətən müharibəsində ağır yaralanan daha 27 qazi “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.

Fonddan Etikxeber.az-a verilən məlumata görə, “YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. 

Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, Fond tərəfindən bundan öncə 24 qazi müalicə üçün Türkiyəyə göndərilmişdi. Onlardan 4-ünün müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar.

Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

Etikxeber.az

Read Previous

Millət vəkilinin 45 nəfər seçici ilə görüşü-YENİ FORMATDA BAŞ TUTDU VƏ… – FOTOLAR

Read Next

“Şəxsiyyət vəsiqəsi ilə səfərlər Türkiyə və Azərbaycanın qardaşlıq bağlarını daha da möhkəmləndirəcək”-TÜRKİYƏ XİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir