Daha 273 yeni yoluxma-DAHA 3 ÖLÜM…

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 273 yeni yoluxma faktı qeydə alınıb, 56 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1943, 1954 və 1956-cı il təvəllüdlü 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 5935 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyənləşib, onlardan 3564 nəfər müalicə olunaraq sağalıb, 71 nəfər vəfat edib, 2300 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 50 nəfərin vəziyyəti ağır, 73 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 309.901 test aparılıb.

Etikxeber.az

Read Previous

“İndi deyə bilmərəm ki, həmin 43 milyon manat niyə qalıb…”-MALİYYƏ NAZİRİ

Read Next

Millət vəkilləri iyunun 5-də-4 MƏSƏLƏNİ MÜZAKİRƏ EDƏCƏK, KORRUPSİYAYA QARŞI MÜBARİZƏ ÜZRƏ KOMİSSİYANIN ÜZVLƏRİNİ SEÇƏCƏKLƏR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir