Daha 3 idmançımız finalda – HƏRÇƏQANİ DƏ ÇEMPİON OLDU – YENİLƏNİB

IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan yığmasının daha bir boksçusu növbəti qələbəsini qazanıb. Oyunlarda 69 kiloqram çəki dərəcəsində rinqə çıxan Tamerlan Abdullayev yarımfinal səddini də uğurla keçib.

Etikxeber.az xəbər verir ki, o, İlya Oçkini (Qazaxıstan) mübarizədən kənarlaşdırıb. Təmsilçimiz 4:0 hesabı ilə qələbə qazanıb.

İyirmi beş yaşlı idmançımız mayın 18-də keçiriləcək həlledici qarşılaşmada özbəkistanlı Bobo-Usman Baturovu sınağa çəkəcək.

Qeyd edək ki, T.Abdullayevdən öncə Cavid Çələbiyev (60 kq), Kamran Şahsuvarlı (75 kq) və Teymur Məmmədov (91 kq) finala vəsiqə qazanıblar.

***

“Bakı-2017″də 67 kiloqram çəki dərəcəsində mübarizə aparan qadın taekvandoçumuz Fəridə Əzizova finala vəsiqə əldə edib.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və birinci xanım, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva yarımfinal qarşılaşmasına baxıblar.

Azərbaycan idmançısı yarımfinalda Özbəkistan təmsilçisi Niqora Tursunkulovaya 3:0 hesabı ilə qalib gəlib. İdmançımız final görüşündə türkiyəli Nur Tatar ilə qarşılaşacaq.

***

Taekvandoçumuz Milad Beigi Hərçəqani də(80 kq) İslamiadanın finalına adlayıb.

Təmsilçimiz yarımfinalda iranlı Əlireza Dərvişpurla görüşüb. Azərbaycan idmançısı rəqibi üzərində 24:4 hesabı ilə inamlı qələbə qazanaraq finala yüksəlib.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və birinci xanım, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva yarımfinal qarşılaşmasına baxıblar.

***

İslamiadada kişilər arasında taekvando yarışında 80 kiloqram çəki dərəcəsində mübarizə aparan Milad Beigi Hərçəqani finalda türkiyəli Yunus Sarını 9:5 hesabı ilə məğlub edərək çempion adını qazanıb. Bu, taekvando millimizin İslamiadada dördüncü qızıl medalı olub.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və birinci xanım, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmasına baxıblar.

Milad Beigi Hərçəqani ilk görüşündə Səudiyyə Ərəbistanı təmsilçisi Maced Almabruka 21:2 hesabı ilə qalib gəlib. O, final uğrunda görüşdə iranlı Əlireza Dərvişpuru 24:4 hesabı ilə məğlubiyyətə uğradıb.

Karyerası ərzində bir çox nailiyyətlər əldə edən XXXI Yay Olimpiya Oyunlarının bürünc medalçısı Azərbaycan taekvando yığmasının heyətinə 2015-ci ilin əvvəllərində cəlb olunub. “Bakı-2015”də fəxri kürsünün ən yüksək pilləsinə qalxan M.B.Hərçəqani ötən il İsveçrədə keçirilən taekvondo üzrə böyüklər arasında Avropa çempionatında qızıl medal qazanıb. Milad

Ötən ilin yanvarında İstanbulda Avropa Olimpiya təsnifat turnirində birinci yeri tutan idmançımız Rio Olimpiadasına lisenziyanı təmin etmişdi. Ötən ilin dekabrında isə o, Bakıda keçirilən beynəlxalq Qran-Pri yarışında fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Atletimiz kişilərdən ibarət Azərbaycan millisinin heyətində komandalararası dünya birinciliyini qələbə ilə başa vurub. O, həmçinin Antalyada keçirilən klublararası Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Dünya Taekvando Federasiyasının Olimpiya və dünya reytinq siyahılarında Milad Beigi Hərçəqani ilk üç pillədə yer alır.

Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il 29 iyun tarixli Sərəncamına əsasən, Milad Beigi Hərçeqani birinci Avropa Oyunlarında qazandığı yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub.

***

Taekvando yarışlarında qadınların mübarizəsində 67 kiloqram çəki dərəcəsində çıxış edən Fəridə Əzizova finalda türkiyəli Nur Tatara 2:8 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənməli olub. Bununla da Azərbaycan taekvandoçuları İslamiadada ikinci gümüş medalı aktivlərinə yazıblar.

Etikxeber.az

Read Previous

İslamiada: Azərbaycanın və Türkiyənin qadın voleybolçuları finala vəsiqə qazandı- FOTO

Read Next

6 boksçumuz və 1 taekvandoçumuz finalda…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir