Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
IV İslam Həmrəyliyi Oyunlarının boks yarışlarının sonuncu qızıl medalına Azərbaycan idmançısı Məhəmmədrəsul Məcidov sahib olub.
Etikxeber.az xəbər verir ki, 91 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizənin həlledici qarşılaşmasında idmançımızın rəqibi suriyalı Manaf Asaad olub.
Maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmada 4:1 hesabı ilə qalib gələn Məhəmmədrəsul Məcidov boks millimizin aktivinə İslamiadanın üçüncü qızıl medalını yazdırıb.
Mərakeşli Mohammed Arjaoui və iordaniyalı Hüsseyn İaşaiş bu çəki dərəcəsində bürünc medallara layiq görülüblər.
***
Yunan-Roma güləşi yarışlarında Azərbaycan millisinin aktivinə sonuncu qızıl medalı 85 kiloqram çəki dərəcəsində mübarizə aparan İslam Abbasov yazdırıb.
Gərgin idman mübarizəsi şəraitində keçən oyunda İslam Abbasov Türkiyə təmsilçisi Ali Cengizi 3:1 hesabı ilə məğlub edib.
Bu çəki dərəcəsində bürünc medallara qırğızıstanlı Azat Bişebekov və iranlı Mahdi Fallah Hamidabadi layiq görülüblər.
***
Boks yarışlarında 91 kiloqram çəki dərəcəsində mübarizənin finalında qalib gələn Teymur Məmmədov Azərbaycanın İslamiadada 55-ci qızıl medalının müəllifi olub.
Olimpiya mükafatçımız Teymur Məmmədov həlledici mərhələdə türkiyəli Burak Akşinlə qarşılaşıb.
Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə 3:2 hesabı ilə qələbə qazanan Teymur Məmmədov IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.
Bu çəki dərəcəsində bürünc medallara suriyalı Eldin Alaa Qhoussoun və mərakeşli Abdelcalil Abuhamdalayiq görülüblər.
Etikxeber.az