Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
3 gün öncə bildirdiyimiz kimi, dairəmizin aztəminatlı və ahıl sakinlərinə karantin günlərində dəstək olmaq üçün ərzaq və gigiyenik məhsullardan ibarət sovqat çatdıracağıq. Qarşımıza qoyduğumuz hədəf 200 ünvan idi. 6, 7 və 8 aprel tarixlərində 170 ünvana baş çəkməyə müvəffəq olduq.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Elnur Allahverdiyev deyib.
“Bu gün isə daha 30 ailənin qapısını döyəcəyik.Bu çətin günlərdə hər birimizin bu və ya digər formada ehtiyaclarımız var. Ancaq bir vətəndaş olaraq qəbul etməliyik ki, ilk məqsədimiz yaşlı ata və analarımızdır. Onlar bu virusun hədəfi olan risk qrupuna daxildirlər. O ana və atalar hamımızındır, heç kimi fərqləndirə bilmərik. Gəlin daha da həmrəy olaq! Gücümüz birliyimizdədir!”-deyə, o, əlavə edib.

Etikxeber.az





