Daha 31 dərman vasitəsinin qiyməti-ARTIRILDI…

Tarif Şurasının iclası keçirilib.

Etikxeber.az xəbər verir ki, iclasda yeni dövlət qeydiyyatına alınan 48 dərman vasitəsinin qiyməti təsdiq edilib, eyni zamanda, etibarlı təchizatın təmin olunması məqsədilə Səhiyyə Nazirliyindən müvafiq rəy alınmış 31 dərman vasitəsinin qiymətində dəyişikliklər edilib.

Bununla da, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiyməti təsdiq edilmiş dərman vasitələrinin sayı 13 690 təşkil edir və onların tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Etikxeber.az

Read Previous

Metro və marşrut avtobuslarında-NÖVBƏTİ QİYMƏT ARTIMI

Read Next

Daha 35 yeni yoluxma-DAHA 4 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir