Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan Respublikasında yeni növ koronavirus (COVID-19) infeksiyasına 338 yeni yoluxma faktı qeydə alınıb, 209 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 10 662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5948 nəfər müalicə olunaraq sağalıb, 126 nəfər vəfat edib, 4588 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Etikxeber.az