Daha 38 nəfərdə koronavirus aşkarlanıb, daha 42 nəfər sağalıb-OPERATİV QƏRARGAH

Azərbaycan Respublikasında koronavirusa 38 yeni yoluxma faktı qeydə alınıb, 42 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə 1518 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 907 nəfər müalicə olunaraq sağalıb, 20 nəfər vəfat edib, 591 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 108.221 test aparılıb. 

Etikxeber.az

Read Previous

“Son iki gündə Rusiyadan Azərbaycana 548 nəfər qayıdıb”-XİN

Read Next

İlham Əliyevdən baytarlıq sahəsində xidmətlərin təkmilləşdirilməsinə dair-FƏRMAN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir