Daha 39 yoluxma faktı qeydə alındı-OPERATİV QƏRARGAH

Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, Azərbaycan Respublikasında 39 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 59 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.

Hazırkı dövrədək ölkəmizdə 1717 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1221 nəfər müalicə olunaraq sağalmış, 22 nəfər vəfat etmiş, 474 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 22 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 132.640 test aparılıb.

Etikxeber.az

Read Previous

“111 vəzifəli şəxs intizam tənbehinə məruz qalıb…”- HESABLAMA PALATASININ SƏDRİ VÜQAR GÜLMƏMMƏDOV – YENİLƏNİB – (1) – FOTOLAR

Read Next

Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər-YENİDƏN MÜZAKİRƏLƏRDƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir