Daha 4 idmançımız medal qazandı: 1 qızıl, 3 bürünc

Azərbaycanın paralimpiyaçı cüdoçusu İlham Zəkiyev “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının bürünc medalına sahib olub.

Etikxeber.az xəbər verir ki, İlham Zəkiyev 100 kiloqramdan yuxarı çəki dərəcəsində üçüncü yer uğrunda döyüşdə türkiyə təmsilçisi Dursan Hayranı ipponla məğlub edib.

Cüdoçumuz İlham Zəkiyev “Afina-2004” və “Pekin-2008” Yay Paralimpiya Oyunlarının qalibidir. O, həmçinin Dünya Oyunlarının dəfələrlə mükafatçısı olub. İlham Zəkiyev ikiqat dünya, beşqat Avropa çempionu, Əməkdar İdman Ustasıdır. Birinci Avropa Oyunlarının da çempionu olan idmançımız “Şöhrət” ordeni, “Tərəqqi” medalı və Heydər Əliyev Fondunun təsis etdiyi Beynəlxalq “Qızıl çinar” mükafatının laureatıdır.

***

Yetmiş üç kiloqram çəki kateqoriyasında mübarizə aparan Azərbaycan paracüdoçusu Natiq Talıbov IV İslam Həmrəyliyi Oyunlarını bürünc medalla başa vurub.

Təmsilçimiz üçüncü yer uğrunda gərgin mübarizədə türkiyəli rəqibi Serdar Aydından üstün olub.

***

Yetmiş üç kiloqram çəki kateqoriyasında mübarizə aparan Azərbaycan paracüdoçusu Natiq Talıbov IV İslam Həmrəyliyi Oyunlarını bürünc medalla başa vurub.

Təmsilçimiz üçüncü yer uğrunda gərgin mübarizədə türkiyəli rəqibi Serdar Aydından üstün olub.

***

Milli Gimnastika Arenasında “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının bədii gimnastika üzrə sonuncu – lentlə hərəkətlər yarışında qalib gələn Marina Durunda İslamiadada üçüncü çempionluğunu əldə edib.

Gimnastımız yarışda 15.450 xalla qızıl medala layiq görülüb.

Lentlə hərəkətlər üzrə yarışda ikinci yeri də Azərbaycan gimnastı tutub. Jalə Piriyeva eyni xalla gümüş medala sahib olub.

Bürünc medalı isə Özbəkistan gimnastı Sabina Taşkenbayeva (14.950) qazanıb.

Etikxeber.az

Read Previous

Paracüdoçularımızdan Elçin Talıbov və Ramil Qasımov da “qızıl” oldu – FOTO

Read Next

“Diplomatiyada “danışıqlar naminə danışıqlar” mövcud deyil…” – MƏMMƏDYAROV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir