Daha 9 ölkənin prezidenti, 4 ölkənin baş naziri Azərbaycandadır… – YENİLƏNİB – (1)

Liviyanın Baş Naziri Faiz Sarac Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 24-də Azərbaycan Respublikasına səfərə gəlib.

Etikxeber.az xəbər verir ki, Baş Nazir Faiz Saracı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikası Baş Nazirinin müavini Şahin Mustafayev, Xarici İşlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

Eyni zamanda, Nepal Federativ Demokratik Respublikasının Baş Naziri Khadqa Prasad Şarma Oli, Banqladeş Xalq Respublikasının Baş Naziri xanım Şeyx Hasina  Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 24-də Azərbaycan Respublikasına səfərə gəlib.

Bununla yanaşı, Qana Respublikasının Prezidenti Nana Akufo-Addo, Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelkader Bensalah, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb əsilli Sədri Milorad Dodik, Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani, Namibiya Respublikasının Prezidenti Haqe Qotfrid Qeynqob Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 24-də Azərbaycan Respublikasına səfərə gəliblər.

***

Həmçinin, Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro, Cibuti Respublikasının Prezidenti İsmail Ömər Qelleh, Malayziyanın Baş Naziri Mahathir Bin Mohamad Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 24-də Azərbaycan Respublikasına səfərə gəlib.

***

Eyni zamanda, Sudan Respublikasının Prezidenti Abdul-Fattah Al-Burhan,Ekvatorial Qvineyanın Prezidenti Obiang Nguema Mbasogo  Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 25-də Azərbaycan Respublikasına səfərdədir.

Etikxeber.az

Read Previous

“Heydər Əliyevlə Fidel Kastro arasında səmimi münasibətlər yaranmışdı…” – İLHAM ƏLİYEV – FOTO – YENİLƏNİB

Read Next

Pakistan prezidenti də Azərbaycana gəldi – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir