Daha 40 yoluxma-QEYDƏ ALINDI…

Azərbaycan Respublikasında 40 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 50 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.

Etikxeber.az xəbər verir ki, bu haqda Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

“Hazırkı dövrədək ölkəmizdə 1098 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 250 nəfər müalicə olunaraq sağalmış, 11 nəfər vəfat etmiş, 837 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 37 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 66.677 test aparılmışdır”-deyə, qeyd olunub.

Etikxeber.az

Read Previous

“Bu, bir daha Türk Şurasına üzv ölkələr arasında mövcud dostluq və qardaşlıq təməllərinin möhkəmliyindən xəbər verir…”-MƏLAHƏT İBRAHİMQIZI

Read Next

“Pik nöqtəsini keçmişik və pandemiyanın ölkəmizdə sönməyə doğru getdiyini söyləyə bilərik”-DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir