Daha 421 yeni yoluxma-DAHA 33 ÖLÜM…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 421 yeni yoluxma faktı qeydə alınıb, 3645 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 219 462 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 191 925 nəfər müalicə olunaraq sağalıb, 2703 nəfər vəfat edib, aktiv xəstə sayı 27 834 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4287, ötən müddət ərzində isə ümumilikdə 2 204 22 6 test aparılıb.

Etikxeber.az

Read Previous

“Pərvin şəhid olduğu gün heç nədən xəbərimiz yox idi, kəndimizə başqa bir nəfər də şəhid olmuşdu, onun dəfninə hazırlaşırdıq, elə bu ərəfədə zəng gəldi və…”-ŞƏHİD ATASI VÜQAR ƏLİYEV

Read Next

Millət vəkilinin qızı və rəfiqələri 9 yaşlı Arzunun-ARZUSUNU NECƏ GERÇƏKLƏŞDİRDİLƏR?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir