Daha 432 yeni yoluxma-DAHA 10 ÖLÜM…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 432 yeni yoluxma faktı qeydə alınıb, 1024 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 330701 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 316439 nəfər müalicə olunaraq sağalıb, 4802 nəfər vəfat edib, aktiv xəstə sayı 9460 nəfərdir.

Ölkədə son sutka ərzində 11 116, hazırkı dövrədək isə 3 404 046 test aparılıb.

Etikxeber.az

Read Previous

“Bütün başqa istiqamətlər üzrə də bundan sonra fəal əməkdaşlıq edəcəyik və bir-birimizi dəstəkləyəcəyik”-Prezident Belarusun Müdafiə nazirini – QƏBUL ETDİ – FOTO – YENİLƏNİB

Read Next

“Türkiyənin ictimai-siyasi inkişafının ideoloji əsaslarının araşdırılması Şərqşünaslıq İnstitutunun mühüm elmi istiqamətlərindən biridir”-GÖVHƏR BAXŞƏLİYEVA – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir