Daha 46 yeni yoluxma-DAHA 2 ÖLÜM…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 46 yeni yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 824 431 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 814 189 nəfər müalicə olunaraq sağalıb, 9 983 nəfər vəfat edib, aktiv xəstə sayı 259 nəfərdir.

Ölkədə son sutka ərzində 1 566, hazırkı dövrədək isə 7 378 848 test aparılıb.

Etikxeber.az

Read Previous

İlham Əliyev Şəki və Oğuzda-BİR SIRA AÇILIŞLARDA – FOTOLAR – YENİLƏNİB – (12)

Read Next

Rusiya sülhməramlılarının uydurma erməni toponimləri ilə bağlı müraciətlərimizə etinasız yanaşması anlaşılan deyil-MÜDAFİƏ NAZİRLİYİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir