Daha 49 yeni yoluxma-DAHA 1 ÖLÜM…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 49 yeni yoluxma faktı qeydə alınıb, 40 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 823 149 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 812 889 nəfər müalicə olunaraq sağalıb, 9 943 nəfər vəfat edib, aktiv xəstə sayı 317 nəfərdir.

Ölkədə son sutka ərzində 1 766, hazırkı dövrədək isə 7 315 522 test aparılıb.

Etikxeber.az

Read Previous

22 yaşında Vətən yolunda canını fəda edən Balakənli Şəhid-ƏSGƏR VAQİF OĞLU HÜSEYNOV – ŞƏHİDLİYİNDƏN İKİ İL KEÇDİ… – FOTOLAR

Read Next

“Azərbaycanda Mədəni İrs və Mədəni Turizm: Resurslar, Məhsullar, Təcrübələr”-TƏQDİMAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir