“Sosialyönümlü xərclər ən böyük həcmə malikdir” – HESABLAMA PALATASININ SƏDRİ – FOTOLAR – YENİLƏNİB – (3)

Bu gün Milli Məclisdə (MM) büdcə müzakirələri davam etdiriləcək.

Etikxeber.az-ın xəbərinə görə, 2020-ci ilin büdcə müzakirələri bu dəfə növbəti 5 komitənin birgə iclasında aparılacaq.

Büdcə müzakirələrində iştirak edəcək komitələr isə bunlardır: Əmək və sosial siyasət, Səhiyyə, Elm və təhsil, Mədəniyyət, Ailə, qadın və uşaq məsələləri komitəsi.

Müzakirələrdə adıçəkilən komitənin üzvləri ilə yanaşı Maliyyə naziri Samir Şərifov, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və digər rəsmi şəxslər iştirak edəcəklər.

HADIIII

rafaelllooo

Ahliman

isaHebibbeyli-750x445

aqiye-deputat

mm-bud-1

Maliyyə nazirinin məlumatından sonra büdcə zərfi ətrafında müzakirələr başlanılacaq.

Qeyd edək ki, 2020-ci ilin icmal büdcəsinin gəlirləri 27 milyard 533 milyon manat təşkil edəcək. İcmal büdcə xərclərinin yuxarı həddi 29 milyard 488 milyon manat olacaq ki, bu da 2019 illə müqayisədə 2 milyard 117 milyon manat və ya 7,7 faiz çoxdur. İcmal büdcənin kəsiri 1 milyard 955 milyon manat və ya proqnozla nəzərdə tutulan ümumi daxili məhsulun 2,3 faizinə bərabər olacaq. 2020-ci il dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 29 faizi həcmində olmaqla nominal ifadədə 24 milyard 135 milyon manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 967 milyon manat və ya 4,2 faiz çoxdur.

Dövlət büdcəsinin gəlirlərinin tərkibində neft gəlirləri 56,1 faiz və ya 13,5 milyard manat, qeyri-neft gəlirləri 43,9 faiz və ya 10,6 milyard manat nəzərdə tutulur. Cari illə müqayisədə xüsusi çəki nisbətində neft gəlirləri 3 faiz bənd azalıb, müvafiq olaraq isə qeyri-neft gəlirlərinin xüsusi çəkisi isə 3 faiz bənd artıb. Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 7 milyard 875 milyon manat daxilolma nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 559 milyon manat və ya 7,6 faiz çoxdur. Gömrük orqanlarının xətti ilə büdcəyə 4 milyard manat, yəni, 2019-cu ilə nisbətən 298 milyon manat və ya 8 faiz çox vəsait daxil olması proqnozlaşdırılır.

Növbəti ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 11 milyard 350 milyon manat və ya cari illə müqayisədə 14,3 milyon manat az transfer nəzərdə tutulur. 2020-ci il dövlət büdcəsinin xərcləri ümumi daxili məhsulun 32,3 faizi səviyyəsində və ya 26 milyard 914 milyon manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 1 milyard 724 milyon manat və ya 6,8 faiz çoxdur.

Onu da qeyd edək ki, komitələrdə büdcə müzakirələri  sabah daha 5 komitənin birgə iclası ilə başa çatacaq.

Xatırladaq ki, büdcə müzakirələri ilk dəfədir parlament jurnalistlərinin geniş iştirakı olmadan keçirilir.

***

fotoooo

Komitələrin birgə iclası başlayıb.

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli iclası açaraq 2020-ci ilin dövlət büdcəsi barədə məlumat verib.

Qeyd olunub ki, büdcə layihəsi “Büdcə sistemi haqqında” qanuna, Azərbaycan Respublikasının milli iqtisadiyyatının başlıca sektorlar üzrə strateji yol xəritəsinə, habelə dünya və ölkə iqtisadiyyatında gözlənilən meyillərin təhlilinə uyğun hazırlanıb. Büdcənin sabitliyi və dayanıqlılığının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. 2020-ci ilin büdcəsinin Azərbaycanın müstəqillik tarixində irihəcmli büdcə olduğunu vurğulayan komitə sədri deyib ki, ölkə tarixində ilk dəfədir büdcə xərclərinin 39,5 faizi sosial sahəyə ayrılır. Sosial müdafiə xərclərinə ayrılan vəsaitin 31,3 faiz artırılması isə dövlətin iqtisadi qüdrətinin yüksəlişindən xəbər verir.

İclas çıxışlarla davam edir.

***

“2020-ci ilin dövlət büdcəsini səciyyələndirən əsas amillərdən biri sosialyönümlü xərclərin əhəmiyyətli dərəcədə artırılmasıdır. Azərbaycan əhalisinin sosial təminatının daha da yaxşılaşdırılması üçün Prezident İlham Əliyev tərəfindən böyük işlər görülüb. Növbəti ildə də bu işlər davam etdiriləcək”.

Bu barədə Maliyyə naziri S. Şərifov deyib.

Nazir qeyd edib ki, 2020-ci ildə dövlət büdcəsinin 43,9 faizi qeyri-neft, 56,1 faizi isə neft gəlirlərinin payına düşəcək.

***

“2020-ci ilin dövlət büdcəsində dövlət borcunun yuxarı hədlərinin azaldılması nəzərdə tutulur. Növbəti ilin dövlət büdcəsində sosialyönümlü xərclər ən böyük həcmə malikdir”.

Bu sözləri isə  Hesablama Palatasının sədri V. Gülməmmədov  deyib.

V.Gülməmmədov qeyd edib ki, 2020-ci ilin dövlət büdcəsində xərclərin həcmi 2019-cu ildəkinə nisbətən artacaq.

Bu isə dövlətin sosialyönümlü xərclərinin arması ilə bağlıdır.

***

Sonra MM-in komitə sədrləri Əhliman Əmiraslanov, İsa Həbibbəyli, Rəfael Hüseynov çıxışlarında  bildiriblər ki, növbəti ilin dövlət büdcəsində xərclərin optimallaşdırılaraq səmərəliliyinin daha da artırılması, əhalinin sosial təminatının gücləndirilməsi, ölkənin müdafiə və təhlükəsizliyinin təmin edilməsi, mühüm investisiya layihələrinin həyata keçirilməsinin davam etdirilməsi, xarici öhdəliklərin tam və vaxtında yerinə yetirilməsi əsas hədəflər kimi qəbul edilib.  2020-ci il dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara həssaslıqla  yanaşılıb.

İclasda Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev,  Ailə, Qadın  və Uşaq  məsələləri  üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev rəhbərlik etdikləri qurumların əsas büdcə  parametrlərində 2020-ci il  üçün nəzərdə  tutulan dəyişiklikləri açıqladılar.

Sonra millət vəkilləri Rauf Əliyev, Elmira Axundova, Qənirə Paşayeva, İlham Məmmədov, Jalə Əliyeva, Sədaqət Vəliyeva,  Rafiq Məmmədhəsənov, Rəşad Mahmudov, Mixael Zabelin 2020-ci ilin büdcə layihəsinin proqnozları ilə bağlı fikirlərini bildiriblər.

Qeyd olunub ki, gələn il ölkədə mühüm əhəmiyyət kəsb edən proqram və layihələrin icrası davam etdiriləcək, büdcə xərcləri sosial və investisiya yönümlülüyünü saxlayacaqdır.

Bildirilib ki, büdcə zərfinin mükəmməl formada hazırlanması, iqtisadi göstəricilər onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin iqtisadi strategiyası 2020-ci ildə də Azərbaycana böyük iqtisadi dividentlər qazandıracaq.

Müzakirələrdən sonra qanun layihəsi  parlamentin plenar iclasına tövsiyə olunub.

K.HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Ermənistan nəinki Azərbaycan ərazilərinin işğalını davam etdirir…” – DEPUTAT – FOTO

Read Next

Gömrükçülər narkotik vasitə aşkarladı – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir