Daha 5 Şəhid anası, daha 5 Şəhid ailəsi…QƏNİRƏ PAŞAYEVA NÖVBƏTİ DƏFƏ ŞƏHİD AİLƏLƏRİ İLƏ GÖRÜŞDÜ, ONLARI DİNLƏDİ VƏ… – FOTOLAR – YENİLƏNİB

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri, professor, hər zaman seçicilərinin, həm də ayrı-seçkilik qoymadan hər kəsin, ölkə vətəndaşlarının yanında olan Qənirə xanım Paşayeva bu gün daha 5 Şəhid ailəsini, 5 Şəhid anasını qəbul edib, onlarla görüşdü.

Görüşdə Mingəçevirli Şəhid anaları- tək oğul, ali təhsilli İlkin Ağakişiyevin anası Reyhanə Ağakişiyeva, tək oğul, kollec təhsilli, idmançı Fuad Xankişiyevin anası Saqibət Xankişiyeva, 3 övladdan biri, ali təhsilli Tərxan Qurbanovun anası Elmira Qurbanova, hər 3 övladı, hər üç oğlu müharibədə iştirak etmiş-Kürdəmirli Cəmil Həşimlinin anası Simuzər Bağıyeva və Bərdənin Lək kəndinin yeganə Şəhidi, 3 övladdan, əkiz qardaşlardan biri, subay Asif Abışovun anası İsbət Abışova iştirak edirdilər.

Görüş həmişə olduğu kimi, yenə və olduqca isti və səmimi ortamda baş tutdu.

Qənirə xanım Şəhidlərimizin hər birimiz üçün müqəddəs and yeri və baş tacı olduğunu bildirib.

Qeyd etdi ki, istər Şəhidlərimiz, istərsə də onların özləri kimi Qəhrəman ailələri hər zaman böyük hörmət və ehtirama layiqdirlər, hər zaman onlara borcluyuq, onlara olan borcumuz heç zaman ödənməyəcək.

Şəhid ailələrinin dövlət və dövlət başçısının qayğısı ilə əhatələndiyini bildirən komitə sədri hər zaman özünün də qapısının Şəhid ailələrinin, Qazilərin üzünə açıq olduğunu dilə gətirdi.

Komitə sədri sonra bir-bir Şəhid analarını dinlədi, onların fikirlərini bölüşdü və Şəhid anaları tərəfindən qaldırlan məsələlərlə bağlı əlindən gələni əsirgəməyəcəyini bildirdi.

Şəhid anaları da öz növbəsində görüş və səmimi ortam üçün Qənirə xanım Paşayevaya minnətdarlıq və təşəkkürlərini ifadə etdilər.

Bir saatdan çox çəkən görüşün sonunda xatirə fotoları çəkdirildi, Şəhid ailələrinə hədiyyələt təqdim olundu.

Bu yerdə onu da qeyd edim ki, bu günə kimi xahişimlə bir neçə dəfə Şəhid ailələri, Şəhid anaları və Qazilər Qənirə xanım tərəfindən tərəddüdsüz qəbul olunub, onlarla səmimi ortamda görüşülüb, problemlərinin həlli istiqamətində addımlar atılıb.

Bu dəfə də Qənirə xanım xahişimlə (həm də Şəhid analarının öz arzusu ilə) daha 5 Şəhid ailəsini qəbul etdi.

Odur ki, öz adımdan bir daha Qənirə xanım Paşayevaya minnətdarlığımı bildirir, “yaxşı ki, Sizin kimi dəyərli, həssas, duyarlı Millətinin Vəkili var. Allah razı olsun, Allah daimi Sizi qorusun!”-deyirəm!

15:40

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Dünya Ukrayna məsələsində çox gec qaldı…”-DEYƏN ZELENSKİ HƏM DƏ PUTİNƏ SƏSLƏNDİ – YENİLƏNİB

Read Next

Rusiya-Ukrayna danışıqlarının ikinci turu-BAŞA ÇATDI, HUMANİTAR DƏHLİZLƏ BAĞLI ATƏŞKƏS RAZILIĞINA GƏLİNDİ – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir