Daha 500 nəfərdən çox əlilliyi olan şəxs münasib iş yerləri ilə təmin edilib – NAZİRLİK

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyasının dəstəklənməsi və məşğulluğunun təminatı diqqətdə saxlanılır.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən  Etikxeber.az-a bildiriblər ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti orqanlarının bu istiqamətdə həyata keçirdikləri tədbirlər nəticəsində cari ilin yanvar-sentyabr aylarında əlavə olaraq daha 501 nəfər əlilliyi olan şəxs münasib iş yerləri ilə təmin olunub. Onlardan 158 nəfərin sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün idarə, müəssisə və təşkilatlarda müəyyən olunmuş kvota üzrə iş yerlərində işlə təminatı həyata keçirilib.

Bununla yanaşı, haqqı ödənilən ictimai işlərə cəlb edilənlərin, boş vaxtları ərzində əlavə qazanc əldə etmək üçün Xidmətin Əmək Birjaları vasitəsilə qısa müddətli, o cümlədən birdəfəlik və ya mövsümi işlərlə təmin olunanların da bir qismini əlilliyi olan şəxslər təşkil edib.

Yanvar-sentyabr aylarında nazirlik tərəfindən 353 nəfər əlilliyi olan şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına da cəlb edilib. Həmin şəxslərdən 131 nəfəri nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin təşkil etdiyi peşə hazırlığı və əlavə təhsil kurslarına, 222 nəfəri isə nazirliyin 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə qəbul olunub.

Etikxeber.az

Read Previous

Akademik Milli Dram Teatrı noyabr repertuarını açıqladı

Read Next

Cüdocularımız “Böyük Dəbilqə”-dən qalib ayrıldılar

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir