Daha 540 yeni-YOLUXMA…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 540 yeni yoluxma faktı qeydə alınıb, 370 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 801 018 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 788 209 nəfər müalicə olunaraq sağalıb, 9 755 nəfər vəfat edib, aktiv xəstə sayı 3 054 nəfərdir.

Ölkədə son sutka ərzində 3 485, hazırkı dövrədək isə 7 062 408 test aparılıb.

Etikxeber.az

Read Previous

COVID-ə görə hərbçilərin valideynləri ilə görüşləri-MƏHDUDLAŞDIRILDI

Read Next

Kəlbəcərdə hərbçimiz minaya düşərək-ŞƏHİD OLDU – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir